Gəmilər berbout-çarter reyestrində gəmini berbout-çarter üzrə fraxtedənin adına qeydiyyata alınır.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Berbout-çarter reyestrinə aşağıdakı əsas məlumatlar daxil edilir:
– gəminin adı;
– gəmi mülkiyyətçisinin adı və ünvanı;
– gəmini berbout-çarter üzrə fraxtedənin adı və ünvanı;
– berbout-çarterin bağlanma tarixi və onun qüvvədəolma müddəti;
– gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun başa çatmasının tarixi;
– bilavasitə bayrağın dəyişdirilməsinə qədər gəminin qeydiyyata alındığı xarici dövlətin gəmi reyestri barəsində, belə reyestrdə qeydiyyata alınmış gəmiyə mülkiyyət hüququ, habelə gəminin ipotekası və ya gəminin həmin xarakterli yüklü edilməsinə münasibətdə reyestrin aparıldığı dövlətin qanunvericiliyinin tətbiq edilməsi göstərilməklə, məlumatlar.