Ödəniş əməliyyatlarının aparılması ilə bağlı banklararası və banklarla poçt rabitəsinin milli operatoru arasında hesablaşmalar Mərkəzi Bankın İdarə Heyətinin 18 iyul 2016-cı il tarixli 33/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”na uyğun olaraq həyata keçirilir. Digər təchizatçılar ödəniş əməliyyatlarının aparılması ilə bağlı hesablaşmaları yerli banklarda, xarici bankın yerli filialında və ya poçt rabitəsinin milli operatorunda açdıqları müxbir və ya cari hesablar vasitəsilə apara bilərlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.

Ödəniş əməliyyatlarının aparılması və ödəniş alətləri ilə bağlı bu Qayda ilə tənzimlənməyən digər məsələlər Qanunla və digər normativ hüquqi aktlarla tənzimlənir.