Dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında və təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota çərçivəsində Azərbaycan Respublikasında təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslər akademik məzuniyyətdən qayıtdıqda təhsillərini ödənişsiz əsaslarla davam etdirirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”nda əksini tapıb.
Tələbə təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdikdə, təhsil müəssisəsinə bərpa olunduqda və ya akademik məzuniyyətdən qayıtdıqda, onun əvvəllər qazandığı kreditlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.15-ci yarımbəndinin müddəaları gözlənilməklə nəzərə alınır.