Azərbaycanda sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərində 119 saylı Ağdam Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev seçkiqabağı təşviqat çərçivəsində seçiciləri ilə görüşləri davam edir. Növbəti görüş Ağdam rayonunun Bənövşələr qəsəbəsində keçirilib. Əvvəlcə Şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Seçicilərin yüksək fəallığı ilə keçən görüşdə Bəxtiyar Əliyev Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi, ölkəmizdə həyata keçirilən uğurlu islahatlar haqqında geniş məlumat verib.

B.Əliyev bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar ölkəmizin sosial-iqtisadi inkişafına, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artmasına, insanların sosial rifahının yüksəldilməsinə xidmət edir. Hər bir vətəndaşın hüququnun təmin edilməsi, sosial məsələlərinin həlli dövlətin diqqət mərkəzindədir.

B.Əliyev qeyd edib ki, cənab Prezident İlham Əliyev Ağdam rayonuna 18 dəfə səfər edib, Ağdamın sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı 25 sərəncam imzalayıb. Azad edilmiş Ağdam şəhəri və kəndləri müasir tələblərə uyğun yenidən tikilir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən tarixi abidələrimiz bərpa edilir.
B.Əliyev həmçinin seçicilərə deputat kimi gördüyü işlərin hesabatını verib və palatformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırıb.

O qeyd edib ki, Ağdamlılar Prezidentin xalqımızın xoşbəxt gələcəyini təmin edən siyasətini yekdilliklə həmişə dəstəkləyiblər və bundan sonra da dəstəkləyəcəklər.

Görüşdə çıxış edən seçicilər deputatlığa namizəd professor Bəxtiyar Əliyevə yedilliklə dəstək ifadə ediblər. Seçicilər qeyd ediblər ki, B.Əliyev hər zaman onların etimadını doğruldub, daim seçiciləri ilə bir yerdə olub. Ona görə də sentyabrın 1-də professor Bəxtiyar Əliyevə səs verəcəklər.