“X” və “Tesla” şirkətlərinin sahibi İlon Mask 235 milyard dollar sərvətlə dünyanın ən zəngin şəxsidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Bloomberg” agentliyinin bu gün dünyanın ən zəngin iş adamları ilə bağlı dərc etdiyi yeni siyahıda əksini tapıb.
ABŞ onlayn pərakəndə satış şirkəti “Amazon”-un yaradıcısı Ceff Bezos ikinci yeri tutmaqda davam edir. Onun sərvəti 193 milyard dollar qiymətləndirilir.
Soyahıda ümumilikdə, planetin 500 ən zəngin şəxsinin adı daxil edilib.