Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. 2020-ci ildə baş tutan seçkidə deputat seçilən bir çox şəxs budəfəki seçkidə də namizəddir.
Heftelik.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, növbədənkənar parlament seçkilərində iştirak etməyən VI çağırış Milli Məclisin bir sıra deputatları seçkidən sonra pensiyaya çıxacaqlar.
Azərbaycan müstəqillik qazandıqdan sonra – 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. Qeyd edək ki, hazırda Azərbaycanda kişilər üçün əmək pensiyası yaşı 65, qadınlar üçün 64-dür.
Beləliklə, seçkidən sonra deputat pensiyası alacaq şəxslər aşağıdakılardır:
– İsa Həbibbəyli – 74 yaş
– Sədaqət Vəliyeva – 70 yaş
– Oqtay Əsədov – 69 yaş
– Vahid Əhmədov – 76 yaş
– Fəzail Ağamalı – 76 yaş
– Sabir Rüstəmxanlı – 78 yaş
– Tahir Kərimli – 68 yaş
– Aqiyə Naxçıvanlı – 66 yaş
– Bəxtiyar Sadıqov – 72 yaş
Pensiyalarla bağlı qanuna görə, Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı fəaliyyətdə olan deputatın əməkhaqqının 80 faizi miqdarında pensiya almaq hüququna malikdir.