Dezinfeksiya xəstəlik törədən mikroorqanizmlərin kimyəvi maddələr vasitəsilə məhv edilməsidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Tullantı müəsisədə ət və ət məhsullarının qəbulu, saxlanılması və satışı zamanı toplanan və “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan məhsullardır.