Gəminin adı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada gəmi mülkiyyətçisi tərəfindən verilir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Gəmi üzərində mülkiyyət hüququ başqasına keçdikdə və ya kifayət qədər olan digər əsaslarla gəminin adı dəyişdirilə bilər. Gəminin dövlət qeydiyyatına alınmış ipotekasını saxlayanlar gəminin adının dəyişdirilməsi barədə dərhal məlumatlandırılır.