Neft kəmərlərinin üzərindəki bağlayıcı armaturların texnoloji nömrəsi, siyirtmənin vəziyyət göstəricisi olmalı, həmin yerlər xəbərdaredici nişanlarla qeyd olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Siyirtmələrin yivli oxu çıxarılıb-taxılan qapaqla təchiz olunmalı, kipləndirici kamera bağlı olmalı, siyirtmənin nazimçarxında fırlanma istiqamətini (“AÇIQDIR”, “BAĞLIDIR”) göstərən işarə olmalıdır.