Kiçik həcmli və eyniləşdirilməsi tələb olunmayan ödəniş alətlərinə aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.

Aşağıdakı meyarlara cavab verən ödəniş alətləri kiçik həcmli ödəniş alətləri hesab olunur:

– bir alət üzrə bir təqvim ayı ərzində ödəniş əməliyyatlarının həcmi 300 (üç yüz) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox olmamalıdır;

– həmin alətdə saxlanılan pul vəsaitinin həcmi 300 (üç yüz) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox olmamalıdır.