İcra məmurunun inkasso sərəncamı ilə birlikdə təqdim etdiyi icra sənədi, habelə ödəyicinin xarici valyutada olan ödəniş hesabına yönəldilən icra sənədləri üzrə tələb icra qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə və qaydada icra edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Ödəyicinin ödəniş hesabında vəsait olmadıqda və ya çatışmadıqda inkasso sərəncamı təchizatçı tərəfindən icraya qəbul olunduğu gündən 2 (iki) ay müddətində icraçı təchizatçıda saxlanılır. Bu barədə icraçı təchizatçı növbəti 2 (iki) iş günündən gec olmayaraq icra məmuruna yazılı bildiriş verir. Bu müddətdə inkasso sərəncamı tam və ya qismən icra olunmadıqda icraçı təchizatçının məsul şəxsi bu barədə icra sənədində qeyd yazır və öz imzası və ştampı ilə təsdiqləyərək müddət başa çatdığı gündən 2 (iki) iş günündən gec olmayaraq icra məmuruna təqdim edir.