Qəbz itirilmiş olarsa, əmlak vətəndaşın müraciət ərizəsinə əsasən qaytarılır.
Heftelik.az.-ın məlumatına görə, bu “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Bu zaman əmlakın adı, dəyəri (sənədli qiymətli kağızların nominal dəyəri), xüsusiyyətləri və təhvil verilmə tarixi ərizədə göstərilməlidir. Əmlakın sahibinə qaytarılması o halda həyata keçirilir ki, məhkəmənin hökmü barədə bildiriş təqdim ediləndən sonra 10 il ərzində o, ərizə ilə DTX-yə müraciət etmiş olsun. Əgər iddia müddəti ərzində qiymətli əşya sahibi və ya vəkalətnamə ilə başqa şəxs həmin qiymətli əşyanın qaytarılması üçün müraciət etməzlərsə, əşyaların qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətinə keçməsi üçün zəruri tədbirlər görülür.