UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ” səfərdə Bolqarıstanın “Ludoqorets” komandası ilə qarşılaşıb.
Heftelik.az-ın məlumatına görə, hesab Qurban Qurbanovun yetirmələrinin 7:2 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada 7-ci dəqiqədə “Qarabağ”-dan Juninyo fərqlənib. 13-cü dəqiqədə Dua Kvadvo hesabı bərabərləşdirib, 23-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Dua Kvadvo dubl müəllifi olub. 45+1-ci dəqiqədə Yasin Benziya penalti zərbəsini dəqiq yerinə yetirərək səfərdə tarazlığı bərpa edib. 45+5-ci dəqiqədə Patrik Andrade adını tabloya yazdıraraq Qarabağ”-ı hesabda önə keçirib. İkinic hissədə tərəflərdən heç biri fərqlənə bilməyib və iki oyunun nəticəsinə görə hesab bərabər olduğu üçün qarşılaşmanın taleyi əlavə hissələrdə müəyyənləşib. 93-cü dəqiqədə Toral Bayramov, 111-ci dəqiqədə Redon Cica, 112-ci dəqiqədə Patrik Andrade, 118-ci dəqiqədə Yasin Benziya fərqlənib.
Beləliklə, Qarabağ” səfərdə “Ludoqorets”in qapısından yeddi qol keçirərək pley-offa yüksəlib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə sevinmişdilər.