Ödəyici vəsait alana və vəsait alanın təchizatçısına verdiyi razılıq barədə öz təchizatçısını ödəyici ilə təchizatçısı arasında bağlanan müqavilədə nəzərdə tutulan müddətdə məlumatlandırmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.

Vəsait alan birbaşa debitləşmə ilə ödəniş əməliyyatının aparılması üçün ödəniş sərəncamını ödəyicinin təchizatçısına vəsait alanın təchizatçısı vasitəsilə və ya birbaşa təqdim edir. Ödəyicinin bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan razılığı ödəniş hesabına sərəncam vermək hüququ olan şəxs (şəxslər) tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır (imza və möhür nümunələri vərəqəsində nəzərdə tutulduğu halda).