Magistral neft kəmərlərində qəza nəticəsində bədbəxt hadisə baş verdikdə istismarçı müəssisə və təşkilatların məsul şəxsləri hadisənin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsinə (və ya birbaşa Dövlət Əmək Müfəttişliyi Xidmətinin aparatına) və Agentliyə məlumat verməyə borcludurlar.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Eyni zamanda Azərbaycan Respublikasının Energetika Nazirliyinə və Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Bütün qurumlara məlumat verilməsi ilə yanaşı dərhal qəzanın ləğvi üzrə işlərə də başlanılmalıdır.