Nəzərdə tutulan razılıqda ödəyicinin ödəniş hesabı üzrə birbaşa debetləşmə verməyə hüququ olan vəsait alanın məlumatları (fiziki şəxsin soyadı, adı, atasının adı, FİN-i, FİN olmadıqda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, doğum tarixi, hüquqi şəxsin adı və VÖEN-i), habelə ödənişlərin birdəfəlik və ya dövri olaraq həyata keçirilməsi və Qanunun 33.1-ci maddəsinə əsasən ödəniləcək məbləğ limiti müəyyən edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.

Ödəyici birbaşa debitləşmənin icrası üzrə öz təchizatçısına verdiyi razılığı vəsait alanla bağladığı müqavilədə nəzərdə tutulmuş ödəniş tarixindən azı 2 (iki) iş günü əvvəl ödəyicinin təchizatçısına təqdim edir.