İnkasso sərəncamı qismən ödənildikdə icraçı təchizatçının məsul şəxsi onun təchizatçıda olan nüsxəsinin müvafiq hissələrində qismən ödənişin tarixini və məbləğini, habelə ödənişin qalıq məbləğini qeyd edir, onları öz imzası və ştampı ilə təsdiqləyir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
İnkasso sərəncamı tam ödənildikdə icraçı təchizatçının məsul şəxsi icra sənədində qeyd yazır, onu öz imzası və ştampı ilə təsdiqləyir və bir nüsxəsini təchizatçıda saxlayaraq sənədi məcburi icra orqanına geri qaytarır.