Əmlakın qaytarılması barədə uçot kitabında qeydiyyat aparılır.
Heftelik.az.-ın məlumatına görə, bu “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Cinayət işinin xitam olunması və ya məhkəmənin bəraət hökmü olan hallarda alınmış medal, orden və onlara aid olan sənədlər sahibinə təhvil verilmə barədə qəbz, qəbz olmadıqda isə sahibinin müraciət ərizəsi əsasında qaytarılır.
Əşya, pul və digər qiymətlilər aşağıdakı hallarda dövlət mülkiyyətinə keçirilir:
– həmin əşya və pulların müsadirə edilməsi barədə məhkəmə hökmü qanuni qüvvəyə mindikdə;
– əşya və pul sahibi onları bu Təlimatın 4.2-ci bəndində nəzərdə tutulan müddət ərzində tələb etmədiyi halda;
– əşya, pul və digər qiymətlilərin sahibini tapmaq mümkün olmadıqda (sahibsiz əmlak).