Ödəniş xidməti istifadəçisinin eyniləşdirilməsi tələb olunmayan ödəniş alətlərinin hansı tələblərə cavab verməli olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.

Ödəniş xidməti istifadəçisinin eyniləşdirilməsi tələb olunmayan ödəniş alətləri bu Qaydanın 12.1-ci bəndində müəyyənləşdirilən tələblərlə yanaşı aşağıdakı tələblərə cavab verməlidir:

– yalnız ölkədaxili ödəniş əməliyyatları üzrə istifadə oluna bilər;

– pul köçürməsinin aparılması və pul vəsaitinin nağd qaydada məxarici üçün istifadə oluna bilməz;

– istifadəçisi yalnız fiziki şəxslər ola bilər.