İstilik izolyasiyası qatının qalınlığı istilik itki seli sıxlığının normativ qiymətinə  görə hesablandıqda istilik daşıyıcısının hesablama temperaturu kimi onun il üzrə orta göstəcisi, digər hallarda isə texniki tapşırığa uyğun qəbul edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Avadanlıqların və boru kəmərlərinin istilik izolyasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Eyni zamanda, istilik şəbəkələrinin boru kəmərləri üçün istilik daşıyıcısının hesablama temperaturu aşağıdakı kimi qəbul edilir:

– il boyu işləyən su şəbəkələri üçün – il üzrə suyun orta temperaturu;

– yalnız isitmə mövsümündə işləyən su şəbəkələri üçün – isitmə mövsümü üzrə orta temperatur;

–  buxar şəbəkələri üçün – buxar kəmərinin uzunluğu boyu buxar temperaturunun orta göstəricinin maksimum qiyməti;

–  kondensat şəbəkələri və isti su təchizatı şəbəkələri üçün – kondensatın və ya isti suyun maksimum temperaturu.

Buxar üçün son temperatur qiyməti verildikdə, buxar şəbəkələrinin müxtəlif iş rejimləri üçün müəyyən edilmiş izolyasiya qatları qalınlıqlarından ən böyüyü qəbul edilir.