Ödəniş terminalları vasitəsilə həyata keçirilən pul köçürmələri üzrə təchizatçılar ödəyicinin eyniləşdirilməsi üzrə əlavə tələblər müəyyən edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Ödəniş terminalları vasitəsilə həyata keçirilən pul köçürmələri zamanı bu Qaydanın tələbinə riayət edilməlidir. Kartın emissiyası emitent tərəfindən Mərkəzi Bankın İdarə Heyətinin 4 fevral 2022-ci il tarixli 04/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na əsasən ödəniş xidməti istifadəçisinə ödəniş hesabının (cari hesabın) açılması ilə həyata keçirilir.