Xüsusi saxlanma şəraiti tələb edən tez xarab olan və sair ərzaq malları götürülüb, baxış keçirildikdən və malların keyfiyyəti üzrə dövlət inspeksiya orqanları və ya sanitar nəzarəti orqanları tərəfindən onların keyfiyyəti yoxlanıldıqdan sonra dərhal müvafiq qərar qəbul edilməklə satışı təşkil edilir.

Heftelik.az.-ın məlumatına görə, bu “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.

Malların satış məqsədilə müvafiq qaydada təhvil verilməsi barədə 3 nüsxədən ibarət akt tərtib edilir. Malları qəbul edən müəssisə onları satır, dəyərini MQ-nun depozit hesabına keçirir. Aktın üçüncü nüsxəsi satışdan əldə edilən vəsaitin hesaba daxil olmasına nəzarət etmək üçün MQ-na verilir, malların verilməsi barədə aktın birinci nüsxəsi və müfəssəl siyahısı cinayət işinə əlavə olunur.