Müəssisə fərdi inşa edilmiş ayrı tikilidə, binaların ayrıca girişi olan qeyri-yaşayış sahəsində (zirzəmi və yarımzirzəmi istisna olmaqla), həmçinin ticarət obyektlərində tələblərə cavab verən xüsusi ayrılmış yerlərdə yerləşə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Müəssisə bir otaqdan (ticarət zalından) ibarət olduğu təqdirdə onun sahəsi şərti olaraq 3 bölməyə ayrılır: ətin doğranması və işlənməsi, ətin çeşidlənməsi və qablaşdırılması və ət satış (vitrin) bölməsi.