Ödəniş xidməti istifadəçisinin sərəncamı olmadan ödəniş hesabından pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya təchizatçı ilə ödəniş xidməti istifadəçisi arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Ödəniş hesabından pul vəsaitinin silinməsi ilə bağlı təchizatçılara məcburi icra orqanlarının, vergi və gömrük orqanlarının sərəncamlarının verilməsi və müvafiq sərəncamlar əsasında pul vəsaitlərinin silinməsi ilə bağlı ödəniş əməliyyatlarının aparılması bu Qaydanın 6-cı və 7-ci hissələrinin tələblərinə uyğun olaraq həyata keçirilir.