Təchizatçılar və ödəniş sistemi operatorları ilə ölkə xaricində fəaliyyət göstərən ödəniş sistemi operatorları arasında ölkə daxilində aparılan əməliyyatlar barədə birbaşa məlumat mübadiləsi aparıla bilər, bu şərtlə ki, həmin əməliyyatların belə mübadilə olmadan həyata keçirilməsi mümkün olmasın.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.

Kredit köçürməsi ilə ödəniş əməliyyatının aparılması zamanı ödəyiciyə xidmət göstərən təchizatçı ödəyicinin kredit köçürməsində qeyd olunmuş məbləğdə pul vəsaitini ödəyicinin qeyd etdiyi vəsait alanın ödəniş hesabına köçürür.