Çox gərgin oyun idi.
Heftelik.az-ın məlumatına görə, bunu Xorvatiyanın “Osiyek” klubunu penalti seriyasında məğlub edən “Zirə”-nin baş məşqçisi Rəşad Sadıxov bildirib.
Baş məşqçi futbolçularının çox möhtəşəm mübarizə apardıqlarını vurğulayıb: “Oyundan əvvəl penaltilərə hazırlaşmamışdıq. Penaltilərdə qapıçımız möhtəşəm idi. Futbolçularla təlim-məşq toplanışlarında pley-offdan danışırdıq. Futbolçular çox əzmlə mübarizə apardılar”.
Rəşad Sadıqov pley-off mərhələsində üz-üzə gələcəkləri Kiprin “Omoniya” klubu haqqında danışıb: “Hər bir baş məşqçisi avrokuboklarda qrupa düşmək istəyir. Rəqib haqqında elə də çox məlumatım yoxdur. III təsnifat mərhələsində Macarıstanın “Fehervar” kollektivi ilə matçlarına baxmışam. Qrup mərhələsinə yüksəlmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, “Zirə” tarixində ilk dəfə UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.