Qürurverici haldır ki, bu gün ölkə gəncliyi yaradılan əlverişli imkanlardan bəhrələnərək Azərbaycana yeni-yeni uğurlar qazandırır.

Azərbaycanda gənclərin məşğulluğunun təmin olunması istiqamətində də mühüm addımlar atılır. Hal-hazırda ölkəmizdə çoxlu sayda gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc idmançılar yetişib. Bu gənclər müxtəlif sahələrdə Azərbaycanın inkişafında, dövlət siyasətinin uğurla həyata keçirilməsində, eyni zaman da ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm rol oynayırlar. Xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə idmanın inkişafı və gənclərlə iş sahəsində çoxşaxəli fəaliyyət həyata keçirən, uğurla reallaşmasında vacib rol oynayan Gənclər və İdman Nazirliyinin uğurlu fəaliyyəti Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir. Paris-2024 XXXIII Yay Olimpiya Oyunları yeddi idmançımız medal qazanmışdır.

Hidayət Heydərov, Zelim Kotsoev cüdo yarışlarında qızıl medal qazanaraq ölkəmizə birinciliklə geri dönmüşlərdir.

Hər iki idmançını Olimpiya çempionu olduqdan sonra Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban Əliyeva onlara zəng edib, təbrik ediblər.

Bizdə Azərbaycan Xalqı olaraq bütün idmançılarımızı təbrik edir, daha yüksək nəticələr əldə etmələrini arzu edirik.

 

Özləm Əliyeva

Nəsimi rayon könüllüsü