Texniki nəzarəti həyata keçirən orqan tərəfindən başqa qayda müəyyən edilmədikdə, sahilboyu səfərə çıxan gəmilərdə maşın, radio, gəmi və sanitar jurnalları tələb edilmir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Gəmidə bu Məcəllənin 18-ci maddəsində göstərilmiş sənədlərə əlavə olaraq, təsnifat cəmiyyətinin təsdiq olunmuş qaydalarında nəzərdə tutulmuş sənədlər də olmalıdır.