Magistral neft kəmərlərinin xətti hissəsinin təmizlənməsi və diaqnostikası üzrə işlər saz alətlərin, tərtibatların, cihazların və yoxlanılmış ölçü vasitələrinin tətbiqi ilə aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Təmizləmə və diaqnostika vasitələrinin buraxma-qəbul kameralarının konstruktiv ölçüləri təmizləmə qurğularının və borudaxili yoxlama cihazlarının təhlükəsiz işə salınması və qəbulunu təmin etməlidir.