Magistral neft kəmərlərinin keçdiyi ərazidən hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) müraciəti əsasında ayrılması nəzərdə tutulmuş torpaq sahələri istismarçı təşkilatla razılaşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Magistral neft kəmərlərinin yerləşdiyi rayonda yaşayış obyektlərin, binaların və qurğuların tikintisinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş AzDTN 2.9-2 “Magistral boru kəmərləri. Layihələndirilmə normaları”ında verilmiş məsafələr gözlənilməklə icazə verilir.