Neft kəmərlərinin çaydan keçən yerlərində və ya 700 m-dən az məsafədə yaşayış məntəqələrindən və sənaye müəssisələrindən qəbul olunmuş normadan yuxarı səviyyədə keçdiyi yerlərdə neft kəmərlərində quraşdırılan bağlayıcı armaturlar məsafədən idarə olunan qurğularla təchiz edilməli və ətrafına bəndlər çəkilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Magistral neft kəmərlərinin xətti hissəsinin bağlayıcı armatur qovşaqları çəpərlənməlidir.