Dövlət gəmi reyestrinə, gəmi kitabına və ya berbout-çarter reyestrinə daxil edilən məlumatlarda hər hansı bir dəyişiklik barəsində gəmi mülkiyyətçisi, gəmi sahibi və ya berbout-çarter üzrə fraxtedən onlara belə dəyişikliyin məlum olduğu gündən iki həftə ərzində gəminin qeydiyyata alındığı orqana məlumat verməyə borcludur.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.