Elektron pul milli və xarici valyutada emissiya oluna bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Eyniləşdirilməsi tələb olunmayan elektron pulun maksimum məbləği və istifadə şərtləri bu Qaydanın tələblərinə uyğun olmalıdır. Mərkəzi Bank tərəfindən emitentin emissiya etdiyi elektron pul üzrə öhdəliklərinin maksimum həcminə dair tələb müəyyən edildikdə, emitent elektron pulun emissiyasını həmin limit çərçivəsində həyata keçirə bilər.