Emitent belə təchizatçıdır

16 Avqust 2024, 08:04

Ödəniş tətbiqi ödəyiciyə ödəniş sərəncamı verməyə və ödəniş əməliyyatlarını aparmağa imkan verən texnoloji avadanlığa yüklənmiş proqram təminatıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.

Emitent kart və ya elektron pulun emissiyasını həyata keçirən, ödəniş aləti istifadəçilərinə ödəniş xidmətinin göstərilməsini, ödəniş əməliyyatları həyata keçirilərkən avtorizə etməni (özü və ya ödəniş sistemi operatoru tərəfindən) həyata keçirən və aparılmış ödəniş əməliyyatlarının dəyərinin ekvayerə ödənilməsini təmin edən təchizatçıdır.