Türkiyənin “Fənərbaxça” klubunun iki futbolçusu ilə bağlı həbs cəzası tələb olunur.

Heftelik.az-ın “Hurriyet”-ə istinadən verdiyi məlumata görə, ötən mövsüm “Trendyol” Super Liqasının 37-ci həftəsində baş tutan “Qalatasaray” – “Fənərbaxça” derbisindən sonra baş verən hadisələrlə bağlı istintaq prosesi yekunlaşıb.

Prokurorluq futbolçular Jaden Quinn Oosterwolde və Mert Hakan Yandaş da daxil olmaqla, şübhəli sayılan 5 nəfərin hər biri üçün 2 il 6 aydan   6 il 9 aya qədər həbs cəzası istəyib.

Həbsi tələb olunan şübhəlilər içərisində klubunun həkimi Ertuğrul Karanlık, İstanbul təmsilçisinin keçmiş baş məşqçisi Hulusi Belgü və İsmayıl Kartalın oğlu Emre Kartal da var.