Kiçikhəcmli gəmilər istisna olmaqla, digər gəmilərə texniki nəzarət və onların təsnifatı gəmi sahibinin və (və ya) gəmi mülkiyyətçisinin seçdiyi təsnifat cəmiyyətləri tərəfindən həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Azərbaycan Respublikasının ərazisində gəmilərin inşasına və ya təmirinə, eləcə də Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının hüdudlarından kənarda gəmilərin inşasına texniki nəzarət təsnifat cəmiyyətləri tərəfindən həyata keçirilir.