“Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat” Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (bundan sonra – DTX) tərəfindən aparılan təhqiqat və ibtidai istintaq zamanı götürülmüş əşyalara, pullara və digər qiymətlilərə şamil edilir, onların uçotu, saxlanılması, qaytarılması və aidiyyəti üzrə verilməsini müəyyən edir.
Heftelik.az.-ın məlumatına görə, Təlimat “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə”, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 oktyabr tarixli 469 saylı Fərmanı ilə təsdiq edilmiş ”Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 saylı Qərarı ilə təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 06 oktyabr tarixli 181 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”na uyğun hazırlanmışdır.