İstintaq hərəkətləri zamanı götürülmüş sənaye malları məhkəmənin qərarınadək müvəqqəti saxlanılması üçün müvafiq qaydada DTX-nin Maddi-texniki qurumunun (MTQ) müvafiq anbarlarına məsul saxlanca təhvil verilir.

Heftelik.az.-ın məlumatına görə, bu “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.

Şübhəli şəxs qismində tutulmuş və ya təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslər Müvəqqəti saxlama yeri və istintaq təcridxanası yerləşdirildikdə onların üstündə olan orden, medal və həmçinin Milli və xarici valyuta onlardan alınmalıdır. Axtarış protokolunda onlardan alınan orden və medalların, eləcə də onlara aid sənədlərin adları və nömrələri göstərilir.