Kredit köçürməsi qüsurlu olmadıqda və ödəyicinin ödəniş hesabında ödənişi təmin edən vəsait olduqda və ya təchizatçı ilə bağlanan müqaviləyə əsasən ödəyicinin ödəniş hesabı kreditləşdirildikdə kredit köçürməsi icra edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Elektron formada verilmədikdə və ya təchizatçı və ödəniş xidməti istifadəçisi arasında bağlanmış müqavilədə başqa hal nəzərdə tutulmadıqda, kredit köçürməsi 2 (iki) nüsxədən az olmamaqla təqdim edilir.