Əmlakın dövlət mülkiyyətinə verilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.

Heftelik.az.-ın məlumatına görə, bu “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.

Müsadirə edilmiş əmlakın bir hissəsini DTX-nin maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 oktyabr tarixli 469 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq-mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”na müvafiq olaraq həyata keçirilir.

DTX-nin İstintaq qurumunun (İQ) rəisi, onun müavinləri və şöbə rəisləri cinayət işlərini məhkəməyə verilməsi üçün prokurorluğa göndərərkən və ya cinayət işinə xitam verərkən həmin işlər üzrə götürülmüş əmlakın olduğu yeri əks etdirən sənədlərin işdə olmasını yoxlamağa, şöbə rəisləri həmçinin nəmin uçot kitabındakı qeydiyyatı ilə müqayisə etməyə borcludurlar.