Ödəniş əməliyyatlarının necə həyata keçirildiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.

Ödəniş əməliyyatları aşağıdakılar vasitəsilə həyata keçirilir:

– kredit köçürməsi (ödəniş tapşırığı);

– birbaşa debitləşmə (Əlavə 2);

– inkasso sərəncamları (Əlavə 3);

– vergi və gömrük orqanlarının sərəncamları;

– elektron pul;

– kart əsaslı ödəniş aləti;

– qanunvericiliklə və təchizatçıların praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulmuş digər ödəniş alətləri.