Emitentlə hüquqi şəxs və fərdi sahibkar arasında bağlanan müqavilə əsasında ödəniş hesabı üzrə korporativ kart emissiya edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Ödəniş xidməti istifadəçisinə bir ödəniş hesabı üzrə bir və ya bir neçə kart verilə bilər. Hüquqi şəxslərə və fərdi sahibkarlara verilən əvvəlcədən ödənilmiş ödəniş alətləri üzrə əməliyyatlar istisna olmaqla, digər hallarda əvvəlcədən ödənilmiş ödəniş alətləri ilə həyata keçirilən ödəniş əməliyyatları üzrə pul vəsaitlərinin uçotu təchizatçı tərəfindən ümumi (konsolidə olunmuş) hesab üzrə aparıla bilər.