Vəsait alanın təchizatçısı vəsait alan tərəfindən verilən ödəniş sərəncamının ödəyicinin təchizatçısına vəsait alanla razılaşdırdığı tarixdə göndərilməsini təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Birbaşa debitləşmə ödəniş alətindən istifadə edildikdə ödəyici ən geci pul vəsaitinin ödəniş hesabından silinməsi üçün müəyyən etdiyi gündən əvvəlki iş gününün sonunadək ödənişin həyata keçirilməsi üzrə verdiyi razılığı geri götürə bilər.