UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Ayaks”la “Panatinaikos” arasında keçirilən oyunda penaltilər seriyasında vurulan zərbələrin sayına görə avrokubok rekordu müəyyən edilib.

Heftelik.az-ın APA-ya istinadən verfiyi məlumata görə,  tərəflər 34 dəfə penalti zərəbəsi yerinə yetirib.

Nəticədə Amsterdam klubu 13:12 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

 

Görüşün əsas vaxtı 1:0 hesabı ilə Yunanıstan təmsilçisinin xeyrinə başa çatıb. İlk oyunda Hollandiya nəhəngi 1:0 hesabı ilə qalib gəlib.

Üstəlik, bu nəticə Avropa yarışlarında penaltilər seriyasında ikinci ən yüksək nəticədir. Birinci yerdə 2023-cü ilin iyulunda Konfrans Liqasının birinci təsnifat mərhələsinin görüşündə “Gzira United” və “Glentoran” arasında baş tutan penalti zərbələrinin nəticəsidir (14:13).