İstilik şəbəkələrinin yeraltı boru kəmərinin temperatur sahəsində qruntun temperaturunu müəyyənləşdirərkən istilik daşıyıcısının temperaturunun necə götürülməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Avadanlıqların və boru kəmərlərinin istilik izolyasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
İstilik şəbəkələrinin yeraltı boru kəmərinin temperatur sahəsində qruntun temperaturunu müəyyənləşdirərkən istilik daşıyıcısının temperaturu aşağıdakı kimi götürülməlidir:
– su istilik şəbəkələri üçün – hesablama ay üzrə havanın orta aylıq temperaturuna görə temperaturlar cədvəlinə uyğun;
– buxar şəbəkələri üçün – buxar kəmərinin nəzərdə tutulan yerində maksimal buxar temperaturu (boru kəmərinin uzunluğu boyunca buxar temperaturunun düşməsini nəzərə almaqla);
– kondensat şəbəkələri və isti su təchizatı şəbəkələri üçün – kondensatın və ya isti suyun maksimum temperaturu.
Hesablamalarda qruntun temperaturu götürülməlidir: isitmə mövsümü üçün – orta aylıq göstəricilərinin minimum qiyməti; istilik təchizatı olmayan dövr üçün – orta aylıq göstəricilərinin maksimum qiyməti.