Sabirabadda 65 yaşlı qadın yeni tikilmiş hovuzun uçması nəticəsində ölüb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Qurban Namazəliyev küçəsində qeydə alınıb.
1959-cu il təvəllüdlü Hüseynova Xuraman Fazil qızı yaşadığı evin həyətində tikintisi hadisədən iki gün öncə başa çatdırılmış içərisi su ilə dolu hovuzun uçması nəticəsində qalıqlar altında qalaraq ölüb.
Fakt araşdırılır.