“Salyan Oyl Limited” şirkəti işçinin özünü yandırması ilə bağlı açıqlama yayıb.
Heftelik.az-ın məlumatına görə, şirkətin mətbuat xidmətin in yaydığıaçıqlamada bildirilir ki, “Salyan Oyl Limited” şirkətinin 1 saylı Neft-qaz Çıxarma Sahəsinin 5-ci səhəsinin operatoru Zaur Aydınov bu gün səhər saatlarında şirkətin ofisinin həyətində özünü yandırmağa cəhd edib.
Qeyd olunub ki, iyulun 29-da, məzuniyyətdə olduğu müddətdə, Zaur Aydınovun şirkətdən yanacaq oğurluğu etməsi faktı aşkarlanıb: “Avqustun 7-də Zaur Aydınovdan faktla bağlı izahat alınıb və o, öz əməlini etiraf edib.
Avqustun 16-da səhər saatlarında şirkətin daxili araşdırma komissiyası tərəfindən əlavə izahat və məlumat almaq üçün ofisə dəvət olunan Zaur Aydınov görüş zamanı zəng etmək bəhanəsi ilə ofis binasının həyətinə çıxaraq özünü yandırmağa cəhd edib. Aydınovun cəhdinə şirkət əməkdaşları tərəfindən dərhal müdaxilə edilib və o, təxirəsalınmadan xəstəxanaya təxliyyə olunub. Hazırda Aydınov Şirvan şəhər xəstəxanasına yerləşdirilib, vəziyyəti nəzarət altındadır”.