İnkasso sərəncamları “Elektron icra” informasiya sistemi vasitəsilə verildikdə inkasso sərəncamlarının qəbulu və icrası bu Qaydanın tələbləri nəzərə alınmaqla elektron formada aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Vergi orqanlarının sərəncamları ilə ödəniş əməliyyatlarının aparılması zamanı borclunun (ödəyicinin) ödəniş hesabına xidmət göstərən təchizatçı (icraçı təchizatçı) vergi orqanının icra (ödəniş) sənədi olan sərəncamına uyğun olaraq vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları, faizlər və ya tətbiq edilmiş maliyyə sanksiyaları üzrə ödəyicinin milli və ya xarici valyutada ödəniş hesabında olan pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulmasını və ya həmin vəsaitlərin ödəyicinin ödəniş hesabından müvafiq olaraq dövlət büdcəsinə və ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən Sığorta Fondunun və İcbari Tibbi Sığorta Fondunun hesabına alınmasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirir.