Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən verilən məlumata əsasən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında yağış yağır və gün ərzində fasilələrlə davam edəcəyi gözlənilir.
Heftelik.az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var.