Ermənistanda yayılan Qərbi Nil virusuna 20 nəfər yoluxub, bir nəfər isə ölüb.

Heftelik.az-ın məlumatına görə, bunu ölkənin Xəstəliklərə Nəzarət və Xəstəliklərlə Bağlı Xəbərdarlıq üzrə Mərkəzinin direktoru Sergey Çaxmaxyan bildirib.

xəstəlik uzun müddətdir mövcuddur və Ermənistanda əvvəllər geniş yayılmırdı, lakin bu cür risklər qlobal istiləşmə səbəbindən yaranıb.

O əlavə edib ki, bu qızdırmanın daşıyıcıları Afrikadan (o cümlədən Ermənistan ərazisinə) mövsümi miqrasiyadan qayıdan quşlardır. Virus ağcaqanadlara quşlardan yayılır. Hansı növ ağcaqanadların xəstəliyin daşıyıcısı ola biləcəyi hələ tam aydın deyil.

Qeyd edək ki, əksər hallarda Qərbi Nil virusu hər hansı simptomlarla müşayiət olunmur, lakin yoluxan hər beşinci adam qripp virusuna bənzər simptomlar hiss edir. Eyni zamanda onlarda yüksək hərarət, üşütmə, baş və bel nahiyyəsində ağrılar, yorğunluq və limfa düyünlərində şişkinlik kimi əlamətlər müşahidə olunur.

Bəzi hallarda isə bu virus zamanı dəridə səpkilər əmələ gəlir. Qərbi Nil virusunun ağır forması isə mərkəzi sinir sisteminin zədələnməsi və meningitlə müşahidə olunur.

Xatırladaq ki, 10 faizədək hallarda mərkəzi sinir sisteminin zədələnməsi ölümlə nəticələnir.